Description
Buta ornamentləri Hindistanı zəbt etmiş Britaniyalıları o qədər heyran etmişdi ki, onlar bu ornamentləri özününkiləşdirib parçaların istehsalında istifadə etmişlər. Qərbdə butanı bu naxış ilə ad çıxarmış Şotlandiyanın Peysli şəhərinin adı ilə tanıyırlar.
Buta hər hansı bir ideyanın müxtəlif mədəniyyətlər tərəfindən müxtəlif formada şərh edilə biləcəyinin bariz nümunəsidir. Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət, alov. Bəzi inanclara görə buta bir simvol kimi alov, əbədilik, əbədi həyat mənasını daşıyır.
Deməli, buta təsvirini həmdə uzun ömür və əbədi xatirə arzusu kimi də başa düşmək olar