Description
Buta әn çox bәyәnilәn qәdim Şәrq naxış növüdü. O,
öz adını qanqala bәnzәdiyi üçün Fars dilindә kol
mәnasını daşıyan “boteh” sözündәn götürür.
Buta hәr hansı bir ideyanın müxtәlif mәdәniyyәtlәr
tәrәfindәn müxtәlif formada şәrh edilә bilәcәyinin
bariz nümunәsidir.
Xüsusi әdәbiyyatda buta ornamentinin müxtәlif
oxşatmalarına rast gәlmәk olar: şam ağacının qozası,
Ərәb xurması ağacının çәtiri vә nәhayәt, alov. Bәzi
inanclara görә buta bir simvol kimi ‘alov’, ‘әbәdilik’,
‘әbәdi hәyat’ mәnasını daşıyır.
Demәli, buta tәsvirini hәm dә ‘uzun ömür’ vә ‘әbәdi
xatirә’ arzusu kimi dә başa düşmәk olar.