Yer Kürəsi Günü müsabiqəsi

“Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Təhsil Nazirliyinin və Amerika Birləşmiş Ştatlar Səfirliyin dəstəyi “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Azərbaycanın hər guşəsindən, 6-16 yaş arası uşaqlar Milli elementlərlə (təbiət, heyvanlar, memarlıq, ornamentlər) bəzədilmiş Yer Kürəsi gününə aid poster çəkməklə müsabiqədə iştirak ediblər.

Müsabiqənin məqsədi Yer Kürəsi Günü və ətraf mühit məsələlərinə qarşı 6-16 yaş uşaqlar arasında maraq yaratmaqdır.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünüb (6-8,9-12, 13-16 yaş) və hər kateqoriyanın 1 qalibi seçilib.

Seçilmiş əsərlər sərgidə təqdim olunub. Qəbulda qaliblərə və bütün iştirakçılara hədiyyələr və sertifikatlar verilib.