Təhsil Nazirliyinin və Amerika Birləşmiş Ştatlar Səfirliyin dəstəyi “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arası Yer Kürəsi Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.
Azərbaycanın hər guşəsindən, 6-16 yaş arası uşaqlar Milli elementlərlə (təbiət, heyvanlar, memarlıq, ornamentlər) bəzədilmiş Yer Kürəsi gününə aid poster çəkməklə müsabiqədə iştirak ediblər.
Müsabiqənin məqsədi Yer Kürəsi Günü və ətraf mühit məsələlərinə qarşı 6-16 yaş uşaqlar arasında maraq yaratmaqdır.
İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünüb (6-8,9-12, 13-16 yaş) və hər kateqoriyanın 1 qalibi seçilib.
Seçilmiş əsərlər sərgidə təqdim olunub. Qəbulda qaliblərə və bütün iştirakçılara hədiyyələr və sertifikatlar verilib.